BAKI, 24 dekabr. TELEQRAF
“Qalatasaray” Ruben Neves üçün danışıqlara başlayacaq
“Qalatasaray” qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən 28 yaşlı portuqaliyalı futbolçu Ruben Nevesi transfer edə bilər. Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, sarı-qırmızılılar növbəti həftə həm futbolçunun meneceri, həm də klubu ilə danışıqlara başlayacaq.
Müqaviısi yayda başa çatacaq futbolçunu pulsuz göndərmək istəməyən Səudiyyə Ərəbistan klubu 15 milyon avro təklif edən klubla razılaşmağa hazırdır. Bu məbləği ödəməyə hazır olan “Qalatasaray” rəhbərliyi yanvarda Neves ilə görüşmək niyyətindədir.
"Sarı-qırmızılılar" üçün əsas problem Nevesin illik maaşıdır. 28 yaşlı futbolçu “Əl-Hilal”dan ildə 20 milyon avro qazanır.
Qeyd edək ki, Neves 2023-cü ildə “Volverhampton”dan 55 milyon avroya “Əl-Hilal”a transfer olunub. “Nyukasl Yunayted” və “Tottenhem” də maraq göstərsə də, futbolçunun hazırkı bazar dəyəri 25 milyon avrodur.