BAKI, 7 dekabr. TELEQRAF
“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah klubdan ayrılacağını bildirib.

Teleqraf xəbər verir ki, 33 yaşlı misirli hücumçu bu barədə “Lids Yunayted” ilə 3:3 hesablı bərabərə qaldıqları XV tur matçından sonra açıqlama verib.

“90 dəqiqə boyunca ehtiyat skamyada otururam. Üçüncü dəfədir ki, bu baş verir. Düşünürəm ki, karyeramda ilk dəfədir belə olur. İllər ərzində, xüsusilə də keçən mövsüm bu klub üçün çox şey etmişəm. İndi ehtiyatda otururam və səbəbini bilmirəm. Düşünürəm ki, kiminsə bütün günahı mənim üzərimə yıxmağı açıq-aşkar görünür. Yayda bir çox təklif aldım. Baş məşqçi ilə münasibətimiz yaxşı idi, amma birdən hər şey pozuldu. Bunun niyə belə olduğunu bilmirəm. Mənə görə, kiminsə məni klubda görmək istəmədiyi açıq-aşkar görünür. Valideynlərimə dekabrın 13-də “Brayton”la oyuna gəlmələrini dedim. Oynayacağımı bilmirəm, amma oyunun dadını çıxaracağam. Çünki indi nə olacağını bilmirəm. Afrika Millətlər Kubokuna getmədən öncə azarkeşlərə Enfildda vida edəcəyəm. Sonra nə olacağını bilmirəm. Bu başıma niyə gəldi onu da başa düşmürəm. Amma problem mən deyiləm. Bu klub üçün çox şey etmişəm” -deyə, Salah qeyd edib.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının VIII turunda “Qarabağ”la qarşılaşacaq.