BAKI, 26 noyabr. TELEQRAF

İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Sançes UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Barselona” ilə oyun barədə danışıb.

Teleqraf xəbər verir ki, qolkiper bu barədə “Marca” nəşrinə açıqlama verib.

“Kukurelya onu tam nəzarətdə saxladı. Hər kəs güclü görünür, amma Premyer Liqa komandası ilə qarşılaşana qədər. “Barselona” Çempionlar Liqasının favoriti sayılırmı? Xeyr, favorit bizik”, – deyə, Sançes bildirib.

Qeyd edək ki, “Stamford Bric” stadionunda keçirilən matç ispanların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.