BAKI, 25 noyabr. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubu Rusiya "Zenit"inin futbolçusu Nino ilə maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış jurnalist Əkrəm Konur məlumat yayıb.

Onun sözlərinə görə, "sarı-qırmızılar" qış transfer pəncərəsində braziliyalı mərkəz müdafiəçisini heyətinə qatmağa çalışacaq.

28 yaşlı oyunçuya vətəninin "Kruzeyro", "Fluminense" və "Vasko de Qama" klubları da maraq göstərir.

Sankt-Peterburq təmsilçisi Ninonu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Nino "Zenit"ə 2024-cü ilin əvvəlində "Fluminense"dən 5 milyon avro qarşılığında keçib.