BAKI, 24 noyabr. TELEQRAF

“Açıq danışım, mənim üçün prinsipiallıq vardı. Ən azından uduzmaq istəmirdim. Göstərmək istəyirdim ki, problem məndə deyil. Bu da açıq-aşkar göründü”.

Bu sözləri Teleqraf-a açıqlamasında “İmişli”nin futbolçusu Azər Salahlı deyib.

31 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Neftçi”ni 3:2 hesabı ilə məğlub etdikləri matç barədə danışıb:

“Neftçi”yə qarşı oynamaq özü böyük motivasiyadır. Onun adı rəqiblər, o cümlədən bizim üçün böyük motivasiya yaradır. Üstəlik, rəqib meydanında qələbə qazanırsansa, türklər demişkən, “bunun dadından doyulmaz”.

Salahlı sabiq komandasında daim tənqid olunmasından da söz açıb:

“Yəqin ki, mənim “Neftçi”də oynadığım dönəmlərə baxsanız, siz də açıq şəkildə bu qənaətə gələrsiniz. Nə qədər tənqid olunan futbolçu idim… Hər zaman tənqid olunurdum. Ona görə də məndə bu prinsipiallıq yaranmışdı. Xoşbəxtəm ki, onları məğlub etdik. Başqa söz deməyəcəyəm. Bilmirəm problem kimdədir. Yəqin problemi tapsalar, həll edərlər (gülür)”.

Ətraflı videoda: