SUMQAYIT, 22 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XII turunun növbəti oyunu “Araz-Naxçıvan” və “Turan Tovuz” arasında keçirilib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matçda qalib müəyyənləşməyib - 1:1.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə hesabı 21-ci dəqiqədə Muxtar Respublika təmsilçisinin futbolçusu Ba-Muaka Simakala açıb.

78-ci dəqiqədə isə Ayxan Hüseynov Tovuz klubunun qolunu vurub.

Bununla da 2-ci pillədə qərarlaşan “Turan Tovuz” xallarının sayını 23-ə çatdırıb. “Araz-Naxçıvan” 20 xalla altıncıdır.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.