BAKI, 20 noyabr. TELEQRAF
Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci ilin ən yaxşı futbolçusunu elan edib.
Teleqraf xəbər verir ki, ilin futbolçusu mükafatına Fransanın PSJ klubunun oyunçusu Əşrəf Hakimi layiq görülüb.
Qeyd edək ki, mərakeşli müdafiəçi 2025-ci il mövsümündə Paris təmsilçisinin heyətində UEFA Çempionlar Liqası, Fransa Liqa 1, Fransa Kuboku və UEFA Superkubokunu qazanıb.