BAKI, 16 noyabr. TELEQRAF

“Birinci hissə çətin keçdi”.

Teleqraf xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam

Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan millisi ilk hissədə çox aqressiv idi. Onların erkən qoluna təəccübləndik. 90 dəqiqə ərzində fürsətlərimiz yaranırdı, hücumçularımız qol vurmağa çalışırdılar. Sonda qələbə qazana bildik”, - deyə 57 yaşlı mütəxəssis bildirib.

Deşam futbolçu kimi 1995-ci ildə Fransanın Azərbaycan millisi 10:0 hesabı ilə məğlub etdiyi oyunu xatırlamadağını söyləyib: “30 il öncəki oyunlarımı xatırlaya bilmərəm, amma bütün rəqiblərə hörmətlə yanaşıram. Məncə, böyük və balaca komandalar olmur. “Qarabağ”ı misal gətirə bilərik, UEFA Çempionlar Liqasında xallar qazanır. Millinizin hazırda çox yaxşı oyunçuları var, bunu Ukrayna ilə matçda da gördük. Bu qədər uzun məsafədən gəlmişik, Bakıda əla zaman keçirdik. Stadionda azarkeşlərin sayı çox idi, “iynə atsan yerə düşməz” deyə bilərik”.