BAKI, 16 noyabr. TELEQRAF

“Barselona”nın hücumçusu Runi Bardci qış fasiləsində klubdan ayrıla bilər.

Teleqraf “Sport.es” nəşrinə istinadən xəbər verir ki, futbolçuya “Portu” və “Ştutqart”dan maraq var.

Hər iki klub isveçli futbolçunun qarşıdakı qış transfer pəncərəsində icarəyə götürülməsi variantını nəzərdən keçirir. Hans-Diter Flik isə Bardcinin icarəyə göndərilməsi ideyasını dəstəkləmir.
Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Bardcinin bazar dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, 20 yaşlı hücumçu ötən yay “Barselona”ya keçib. Bu müddətdə Bardci bütün turnirlərdə 9 oyunda iştirak edib və bir nəticəvi ötürmə ilə yadda qalıb.