BAKI, 16 noyabr. TELEQRAF

İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan üzərində 4:0 hesablı qələbə qazanaraq tarixi nailiyyətə imza atıb.

Teleqraf xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv məğlubiyyətsiz rəsmi oyunlarının sayını 30-a çatdırıb.

Əvvəlki rekord 2010–2013-cü illərdə Visente del Boskenin başçılıq etdiyi komandaya məxsus idi və 29 qələbə təşkil edirdi.

İspaniya yığması 28 mart 2023-cü ildə Qlazqoda Şotlandiyaya uduzduğu (0:2) matçdan sonra heç bir rəsmi görüşdə məğlub olmayıb.