BAKI, 14 noyabr. TELEQRAF
Fransa millisinin hücumçusu Kilian Mbappe 16 noyabrda Azərbaycan yığmasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin VI oyununu buraxacaq.
Teleqraf-ın məlumatına görə, bu barədə jurnalist Abdella Bulma “X” sosial şəbəkəsində məlumat verib.
“Kilian Mbappe Fransa millisinin düşərgəsini tərk edib və Azərbaycana səfər etməyəcək. O, hələ də sağ topuğundakı iltihabdan əziyyət çəkir və bu axşam Madriddə müayinə olunmalıdır”, – Bulma yazıb.
Qeyd edək ki, 14 noyabrda fransızlar Ukrayna millisini 4:0 hesabı ilə məğlub ediblər. Kilian Mbappe həmin oyunda dubl edib. Komanda ABŞ və Meksikada keçiriləcək dünya çempionatına vəsiqəni artıq təmin edib.