BAKI, 9 noyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Teleqraf "Il Giorno" qəzetinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi İtaliya "İnter"inin futbolçusu Alessandro Bastoni ilə maraqlanır.

"Qırmızılar" 26 yaşlı müdafiəçi üçün qış transfer pəncərəsində 100 milyon avro təklif etməyə hazırlaşır.

Bastoninin "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, İngiltərə Premyer Liqasına keçidə müsbət yanaşır.

Qeyd edək ki, "Qarabağ"la "Liverpul" yanvarın 28-də, "Enfild"də üz-üzə gələcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turdan sonra turnir cədvəlində 7 xalla 15-ci, Arne Slotun komandası isə 9 xalla səkkizincidir.