BAKI, 24 oktyabr. TELEQRAF

UEFA Konfrans Liqasının ümumi mərhələsinin II turu çərçivəsində Xorvatiyanın “Riyeka” və Çexiyanın “Sparta” komandalarının qarşılaşılaşması yarımçıq dayandırılıb.

Teleqraf xəbər verir ki, buna güclü yağış səbəb olub.

12-ci dəqiqədə dayandırılan görüş təxminən bir yarım saat sonra yenidən bərpa edilib. Daha sonra baş hakim oyunun tamamilə dayandırılması barədə qərar verib.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 18:00-da bərpa olunacaq və ikinci hissənin əvvəlindən davam etdiriləcək.