BAKI, 14 oktyabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Cud Bellingem və onun qardaşı, Almaniyanın "Borussiya Dortmund" komandasının yarımmüdafiəçisi Cob Bellingemin valideynləri boşanıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Cütlük 20 illik evlilikdən sonra ayrılıq qərarı verib.
Keçmiş polis serjantı Mark Bellingem və həyat yoldaşı Deniz son illər müxtəlif ölkələrdə ayrı yaşayırdılar.
Cütlüyün ayrılması ilə bağlı söz-söhbətlər keçən həftə Cobun Çempionlar Liqasında "Atletik Bilbao"ya qarşı oyunu zamanı ayrı oturarkən çəkilən şəkildən sonra yayılmağa başlayıb. Onlara yaxın mənbələr Markın detektiv polis olan Şelli Panşonla münasibətdə olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, Mark Denizdən səkkiz yaş kiçikdir.