BAKI, 9 oktyabr. TELEQRAF
“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
B.Mustafazadə səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini qeyd edib: “Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.