BAKI, 3 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyununda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən matçda qalib müəyyənləşməyib - 2:2.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı 28-ci dəqiqədə meydan sahibi komandanın yarımmüdafiəçisi Georgi Papunaşvili açıb.
66-da Fredi Varqas hesabı bərabərləşdirib, 87-də Bassalu Sambu “Neftçi”ni önə keçirib.
Qarşılaşmanın 90+8-ci dəqiqəsində isə “Zirə”nin müdafiəçisi Ruan Renato komandasını məğlubiyyətdən qurtarıb.
Oyunun 90+10-cu dəqiqəsində “Zirə”nin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bununla da Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 13 xalla ikinci pillədə qərarlaşıb. Samir Abasovun komandası 8 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 4-5-də baş tutacaq.