BAKI, 3 oktyabr. TELEQRAF

“Real Madrid”in futbolçusu Cud Bellingem İngiltərə millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün heyətə daxil edilməyib.
Teleqraf xəbər verir ki, yığmanın baş məşqçisi Tomas Tuxelin 22 yaşlı yarımmüdafiəçini çağırmamasının səbəbi bilinmir.

İngiltərə Futbol Federasiyasının qərarına əsasən oktyabrın 1-də Bellingem 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, İngiltərə millisi oktyabrın 9-da Uels yığması ilə yoldaşlıq görüşündə qarşılaşacaq, 14 oktyabrda isə 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə Latviya ilə oynayacaq.