BAKI, 23 avqust. TELEQRAF

Fransa "Lans"ının futbolçusu Endi Diuf İtaliyanın "İnter" klubuna keçib.

Teleqraf xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı fransalı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

"İnter" Diuf üçün qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, Endi Diuf ötən mövsüm Fransa çempionatında 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.