BAKI. 17 avqust. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya "Kayzerslautern"inin heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

Teleqraf xəbər verir ki, bu, ölkə kubokunun I mərhələsində 5-ci liqa təmsilçisi "Ayntraxt 1949" ilə səfər oyununa təsadüf edib.

Start heyətində meydana çıxan 28 yaşlı hücumçu 15-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. Hazırda "Kayzerslautern" 2:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Mahir Emreli II Bundesliqa təmsilçisi "Kayzerslautern"lə iyunun 24-də 3 illik müqavilə bağlayıb.