BAKI. 24 iyun. Teleqraf
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniya II Bundesliqasında çıxış edən "Kayzerslautern" klubu ilə rəsmi müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, tibbi müayinədən uğurla keçən 28 yaşlı hücumçu ilə 3 illik anlaşma əldə olunub.
Emreli yeni klubunda 10 nömrəli formanı geyinəcək.