BAKI. 3 avqust. TELEQRAF

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Teleqraf xəbər verir ki, Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb.

Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada Rəhimova meydana start heyətində daxil olub. O, 90 dəqiqəni əvəz edilmədən keçirib.