BAKI, 24 iyul. TELEQRAF
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan “Aris”i ilə ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki, “Dalğa Arena”da təşkil olunan görüşdə Muxtar Respublika təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Rumıniyalı baş hakim Andrey Kivuletenin idarə etdiyi oyunda hesabı 66-cı dəqiqədə qonaqların oyunçusu Loren Moron açıb.
75-ci dəqiqədə "Araz-Naxçıvan"ın üzvü Felipe Santos hesabı bərabərləşdirib.
Cəmi 2 dəqiqə sonra isə Patrik Andrade komandasının qalibiyyət qolunun müəllifi olub.
Beləliklə, "Araz-Naxçıvan" avrokuboklarda keçirdiyi debüt matçında qələbəyə sevinib.
Cavab görüşü iyulun 31-də Saloniki şəhərində olacaq.
***
21:37
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Yunanıstan “Aris”i ilə oyunda hesabda önə keçib.
Teleqraf xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Patrik Andrade komandasının ikinci qolunu vurub.
O, 78-ci dəqiqədə fərqlənib.
***
21:35
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Yunanıstan “Aris”i ilə oyunda hesabı bərabərləşdirib.
Teleqraf xəbər verir ki, "Dalğa Arena" stadionunda keçirilən görüşdə Felipe Santos fərqlənib.
O, 75-ci dəqiqədə "Araz-Naxçıvan"ın avrokuboklar tarixinin ilk qolunu vurub.
***
21:27
"Araz-Naxçıvan" və Yunanıstanın "Aris" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, qonaqların futbolçusu Loren Moron 66-da dəqiqədə fərqlənib.
21:05
"Araz-Naxçıvan" və Yunanıstanın "Aris" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissəyə start verilib.
Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə hesab açılmayıb - 0:0.
***
20:48
"Araz-Naxçıvan" və Yunanıstanın "Aris" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə hesab açılmayıb - 0:0.
***
20:00
"Araz-Naxçıvan" və Yunanıstanın "Aris" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Felipe Santos, 75, Patrik Andrade, 78 - Loren Moron, 66
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya)
Bakı, "Dalğa Arena"