BAKI, 17 iyul. TELEQRAF
"Neftçi" yeni səfər formasını təqdim edib.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yeni köynəyini 8 noyabr - Zəfər Gününə həsr edib.
"Kappa" tərəfindən hazırlanan forma əsasən ağ rəngdən ibarətdir. "Ağ-qaralar" bu geyimdən növbəti mövsümdə istifadə edəcək.
Qeyd edək ki, "Neftçi" ev formasını komandanın əfsanəvi futbolçusu Anatoli Banişevskiyə həsr etmişdi.