BAKI, 17 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, İrlandiyanın "Şelburn" komandasıdır.

"Şelburn" I təsnifat mərhələsində Şimali İrlandiya "Linfild"ini mübarizədən kənarlaşdırıb. Evdə 1:0 hesablı qələbə qazanmış İrlandiya təmsilçisi az öncə başa çatan səfər matçında heç-heçəyə nail olub - 1:1.

Hesabı 25-ci dəqiqədə "Şelburn"un futbolçusu Alister Kut açıb. 45+3-cü dəqiqədə Kris Şilds penalti ilə bərabərlik qolunu vurub. 64-cü dəqiqədə "Linfild"in futbolçusu Ben Holl qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Qeyd edək ki, daha əvvəl Teleqraf "Qarabağ"ın II təsnifat mərhələsindəki oyunlarının vaxtı və saatı barədə eksklüziv xəbər yayıb.İlk oyun iyulun 23-də Şelburn şəhərindəki "Tolka Park" stadionunda Bakı vaxtı ilə saat 22:45-də, cavab görüşü iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq.