BAKI, 16 dekabr. TELEQRAF
FIFA ilin ən baxımlı qoluna təqdim olunan “Ferents Puşkaş” mükafatının qalibini açıqlayıb.
Teleqraf qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Argentinanın "İndependiente" klubunun futbolçusu Santyaqo Montielin qolu layiq görülüb.
O, Argentina çempionatının XVI turunda "İndependiente Rivadavia" ilə oyunda vurduğu qola görə mükafatlandırılıb.