BAKI, 17 iyul. TELEQRAF

Bu gün "Sabah" komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Tsele" klubu ilə cavab oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, "Zdejele" stadionunda təşkil olunacaq görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyun baş hakim Draqomir Draqanova həvalə olunub.

Ona Xristo Hacıyıski və Krasimir Atanasov kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Jivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.

Cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsində AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Larnakadakı ilk matçda AEK qələbə qazanıb. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da Belqradda olacaq.

"Sabah" "Tsele"yə iki oyunun yekununda uduzsa, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Rəqib isə "Petrokub" (Rumıniya) - "Birkirkara" (Malta) cütünün qalibi olacaq. İlk görüşdə "Birkirkara" qələbə qazanıb - 1:0.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv iyulun 10-da Bakıda keçirilən ilk oyunda 2:3 hesabı ilə məğlub olub.

17 iyul

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

22:00. “Tsele” (Sloveniya) - “Sabah” (Azərbaycan)

Baş hakim: Draqomir Draqanov

Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov

Dördüncü hakim: Martin Jivkov Velikov

VAR: Vasimir El-Hatib

AVAR: Volen Çinkov (Hakimlər briqadası Bolqarıstandandır)

"Tsele" stadionu.