BAKI, 14 iyul. TELEQRAF

"Turan Tovuz"un Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.

Görüş iyulun 19-da təşkil olunacaq.

"Çorum"un heyətində Azərbaycan millisinin üzvü Coşqun Diniyev çıxış edir.

Qeyd edək ki, "Turan Tovuz" iyulun 29-da Cənubi Azərbaycanın "Traktor" komandası ilə üz-üzə gələcək.