BAKI, 14 iyul. TELEQRAF

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün daha bir oyun keçirəcək.

“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.