BAKI. 10 iyul. TELEQRAF
Azərbaycan Kubokunun qalibi "Sabah" komandası UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Teleqraf xəbər verir ki, I təsnifat mərhələsində rəqib Sloveniya Kubokunun sahibi "Tsele" olub.
Əlincə stadionunda (Bank Respublika Arena) təşkil olunmuş ilk qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 3-cü dəqiqədə "Sabah"ın kapitanı Pavol Şafranko açıb. 30 yaşlı slovakiyalı hücumçu künc zərbəsindən sonra topu başla rəqib qapısından keçib.
Lakin cəmi 4 dəqiqə sonra "Tsele"nin forvardı Franko Kovaçeviç təkbətəkdən bərabərlik qolunu vurub.
18-ci dəqiqədə "Sabah" kollektivi penalti qazanıb. Qazaxıstanlı baş hakim Daniyar Saxi VAR-a baxdıqdan sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Şafranko bu imkandan yararlanaraq, özünün və komandasının ikinci qolunu vurub.
Azərbaycan klubu fasiləyə öndə çıxıb. Lakin ikinci hissənin əvvəllərində "Tsele" yenidən bərabərliyə nail olub. 48-ci dəqiqədə Kovaçeviç "dubl" edib. Yekun nəticəni isə 90+3-cü dəqiqədə Darko Hrka müəyyənləşdirib.
Beləliklə, səfər matçından sərfəli nəticə ilə ayrılan Sloveniya təmsilçisi iyulun 17-də öz meydanında keçirəcəyi cavab görüşü üçün üstünlük əldə edib.
*** 21:12
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyunda dördüncü qol vurulub.
Teleqraf xəbər verir ki, 48-ci dəqiqədə Franko Kovaçevin yenidən hesabı bərabərləşdirib - 2:2.
*** 21:06
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyunda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, ilk yarıdan sonra meydan sahibləri öndədir - 2:1.
*** 20:51
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyunda birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə çıxıb.
*** 20:17
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyununda üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, 16-cı dəqiqədə Daniyar Saxi VAR-a baxdıqdan sonra "Tsele"nin qapısına penalti təyin edib.
Şafranko 18-ci dəqiqədə 11 metrfik cərimə zərbəsini dəqiq yerinə yetirərək, özünün və komandasının ikinci qolunu vurub - 2:1.
*** 20:09
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyununda ikinci qol vurulub.
Teleqraf xəbər verir ki, 7-ci dəqiqədə Franko Kovaçeviç "Tsele"nin bərabərlik qolunu vurub.
O, təkbətək çıxdığı qapıçını da keçərək, topu "Sabah"ın qapısına göndərib - 1:1.
*** 20:04
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyunda erkən qol vurub.
Teleqraf xəbər verir ki, 3-cü dəqiqədə künc zərbəsindən sonra meydan sahiblərinin kapitanı başla topu rəqib qapısına göndərib.
Beləliklə, "Sabah" hesabda önə çıxıb - 1:0.
***
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasındakı ilk oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Əlincə stadionunda (Bank Respublika Arena) keçirilir.
UEFA Avropa Liqası, I təsnifat mərhələsi
10 iyul
20:00. "Sabah" - "Tsele" - 2:3
Qollar: Pavol Şafranko, 3; 18 (pen.) - Franko Kovaçeviç, 7; 48. Darko Hrka, 90+3
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Kalaçyov, Saken Balımbet (hamısı Qazaxıstan)
VAR hakimi: Bastien Deşepi (Fransa)
VAR hakiminin köməkçisi: Aydın Tassıbayev (Qazasıstan)
Əlincə stadionu ("Bank Respublika Arena")