BAKI. 19 iyul. TELEQRAF
Bu gün Azərbaycan klubları üçün 2025/2026 mövsümünə start veriləcək.
Teleqraf xəbər verir ki, ilk olaraq, mübarizəyə "Sabah" komandası başlayacaq.
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşündə rəqib Sloveniya "Tsele"si olacaq.
Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Oyunu Daniyar Saxinin başçılığı altında qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
"Sabah" 2024/2025 mövsümündə Azərbaycan Kubokunun, "Tsele" isə Sloveniya Kubokunun qalibi olub.
Meydan sahibləri ötən mövsüm Konfrans Liqasında III təsnifat mərhələsinədək, qonaqlar 1/4 final mərhələsinədək irəliləyib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
UEFA Avropa Liqası, I təsnifat mərhələsi
10 iyul
20:00. "Sabah" - "Tsele"
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Kalaçyov, Saken Balımbet (hamısı Qazaxıstan)
VAR hakimi: Bastien Deşepi (Fransa)
VAR hakiminin köməkçisi: Aydın Tassıbayev (Qazasıstan)
Əlincə stadionu ("Bank Respublika Arena")