BAKI, 9 iyun. TELEQRAF

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə yeni anlaşma imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Nunu Rodriges və Ramon Maçado 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalayıb.