BAKI, 7 iyun. TELEQRAF

“Biz İtaliyayıq və belə bir matç qəbuledilməzdir. Hər birimiz öz səhvlərimizi etiraf etməli və vəziyyətdən çıxış yolu tapmaq üçün birlikdə çalışmalıyıq”.

Teleqraf xəbər verir ki, bu sözləri İtaliya yığmasının qapıçısı Canluici Donnarumma Norveçə ağır hesablı məğlubiyyətdən sonra deyib.

Fransa PSJ-sinin qolkiperi bildirib: “İndi heç bir izahatım yoxdur. Buradayam, çünki mediaya hörmət edirəm, amma etiraf etməliyik ki, bu çıxış azarkeşlərin gözləntilərinə cavab vermir”.

Qeyd edək ki, İtaliya yığması 2026-cı il dünya çempionatının seçmə matçında səfərdə Norveçə gözlənilmədən 3:0 hesabı ilə uduzub.