AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçı ilə əlaqədar fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, milli assosiasiya rəhbəri "Sabah"ı təbrik edib.
"Futbol üzrə Azərbaycan Kubokunun finalında “Sabah” və “Qarabağ” futbol klubları arasında maraqlı və əzmkar oyun izlədik. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanaraq Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasını ürəkdən təbrik edirəm", - deyə R.Nəcəf bildirib.