BAKI, 31 may. TELEQRAF

Bu gün Fransanın PSJ klubu ilə İtaliya “İnter”i UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək.

Teleqraf xəbər verir ki, həlledici oyundan əvvəl komandaya dəstək məqsədi ilə Parisdəki Eyfel qülləsində “İrəli, Paris” yazısı əks olunub.

Şəhər meriyası bu matçda PSJ-nin vurduğu hər qol üçün Eyfel qülləsinin işıqlandırılacağını da açıqlayıb.

Qeyd edək ki, PSJ - "İnter" oyunu Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.