BAKI, 31 may. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, final oyununda İtaliyanın "İnter" klubu ilə Fransanın PSJ komandası üz-üzə gələcək.

Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç rumıniyalı referi İştvan Kovaça həvalə olunub.

PSJ tarixində ilk dəfə, "İnter" isə dördüncü dəfə bu titulu əldə edə bilər.

Bu komandalar Çempionlar Liqasında ilk dəfə üz-üzə gələcəklər. Fransa və İtaliya klubları isə 1992/1993 mövsümündən sonra ikinci dəfə görüşəcəklər. Həmin vaxt Münhen şəhərindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşmada "Marsel" "Milan"a qalib gəlib.

PSJ 2020-ci il finalında Portuqaliyanın paytaxtı Lissabonda "Bavariya"ya uduzub. "İnter" isə sonuncu dəfə kuboku 2010-cu dəfə qaldırıb. 2023-cü ildə bu komanda finalda İngiltərənin "Mançester Siti" komandasına elə baş məşqçi Simone İnzaginin rəhbərliyi altında uduzub.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi İspaniyanın "Real Madrid" klubudur.

UEFA Çempionlar Liqası

FİNAL

31 may

23:00. PSJ (Fransa) - "İnter" (İtaliya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Münhen (Almaniya), "Alyants Arena"