BAKI, 29 may. TELEQRAF

"Araz-Naxçıvan" futbolçusu Tərlan Əhmədli ilə yeni müqavilə imzalayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı qapıçı daha 1 il Muxtar Respublika təmsilçisinin formasını geyinəcək.

Əhmədli 2024-2025-ci illər mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, buna qədər "Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalayıb.