BAKI, 28 may. TELEQRAF

“Araz-Naxçıvan” klubu iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də "Araz-Naxçıvan"ın formasını geyinəcəklər. Qapıçı ilə 1, müdafiəçi ilə 1+1 il müddətinə razılıq əldə olunub.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Kristian Avram 2023-cü, İssuf Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.