BAKI, 25 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü başa çatıb.

Teleqraf xəbər verir ki, sonuncu - XXXVI tura “Araz-Naxçıvan” - “Zirə” oyunu ilə yekun vurulub.

“Liv Bona Dea Arena”da təşkil edilən görüş “qartallar”ın 1:0 hesablı qələbəsi ilə bitib.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi matçda yeganə qolu 58-ci dəqiqədə Junior Martins vurub.

Bununla da, ikinci pillədə qərarlaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 74-ə çatdırıb. Elmar Baxşıyevın komandası 58 xalla 3-cüdür.

Qeyd edək ki, turun digər oyunlarında çempion “Qarabağ” səfərdə “Şamaxı”nı, “Sabah” isə evdə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” səfərdə “Səbail”i 4:1, “Turan Tovuz” evdə “Kəpəz”i 4:0 hesabı ilə darmadağın edib.