BAKI, 16 may. TELEQRAF
İngiltərənin "Çelsi" klubunun sahibi Hansyörq Viss cinsi təcavüzdə ittiham olunur.
Teleqraf xəbər verir ki, 89 yaşlı funksionerə qarşı ona məxsus Kaliforniya şərab zavodunun keçmiş işçisi iddia qaldırıb.
Medison Besbi tərəfindən qaldırılan iddiada, Vissin əlini qəsdən 30 yaşlı qadının ombasına qoyduğu və sığalladığı qeyd olunur. Hadisənin 2019-cu ildə baş verdiyi bildirilir.
İddiaya görə, Viss, Besbinin hazırkı həyat yoldaşı və "Halter Ranch" şərab zavodunun keçmiş meneceri Brays Mallinzdən də Besbi ilə olan seksual şəkillərini paylaşmasını istəyib.
Viss 2020-ci ilin aprelində şərab zavoduna səfəri zamanı Besbiyə cinsi təkliflər edib.
Qeyd edək ki, Hansyörq Viss rusiyalı milyarder Roman Abramoviçin sanksiyalara görə klubu satmaq məcburiyyətində qalmasından sonra "Çelsi"ni satın alan konsorsiumun üzvlərindən biridir. O, həm də 2012-ci ildə "Johnson & Johnson"a 20,2 milyard dollara satdığı tibbi cihaz şirkətinin yaradıcısıdır. "Forbes"in məlumatına görə, onun hazırkı sərvəti 4,8 milyard dollardır.