BAKI, 12 may. TELEQRAF

Fransa Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) 2024/2025 mövsümü üçün Liqa 1-in rəmzi komandasını açıqlayıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı “11-liy”ə PSJ-nin 9 futbolçusu daxil edilib.

Paris təmsilçisinin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliyə rəmzi heyətdə yer almayıb.

Qapıçı: Lukas Şevalye (“Lill”).

Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Vilyam Paço, Nunu Mendeş (hamısı PSJ).

Yarımmüdafiəçilər: Joao Neveş, Vitinya (hər ikisi PSJ), Rayan Şerki (“Lion”).

Hücumçular: Usman Dembele, Bredli Barkola, Dezire Due (hamısı PSJ).

Qeyd edək ki, PSJ vaxtından əvvəl çempionluğunu təmin edib.