BAKI, 21 aprel. TELEQRAF
Futbol üzrə Fransa Liqa 1-də XXX turun "Sent-Etyen" - "Lion" oyunu yarımçıq saxlanılıb.
Teleqraf-ın "RMC Sport"a istinadən məlumatına görə, oyun ilk yarının sonunda hakimlərdən birinə yad əşya atıldığı üçün dayandırılıb.
Matçın baş hakimi Fransua Leteksye komandaları paltardəyişmə otağına göndərib. Qarşılaşmanın dayandırıldığı vaxt hesab 1:0 meydan sahiblərinin xeyrinə olub.
Keçirilən 29 oyundan sonra "Lion"un 51 xalı var. Komanda Fransa çempionatının turnir cədvəlində beşinci yerdədir. “Sent-Etyen” 24 xalla sonuncudan əvvəlki, 17-ci yerdədir. PSJ birinci yerdədir (77).
Qısa fasilədən sonra oyun davam etdirilib və "Sent-Etyen" qələbə qazanıb - 2:1.