
BAKI, 6 aprel. TELEQRAF
“Şamaxı”nın futbolçusu Leroy Mikels 3 həftəyədək yaşıl meydanlardan uzaq düşəcək.
Bu barədə Teleqraf-a almaniyalı hücumçunun özü məlumat verib.
“Şirlər”in kapitanı Premyer Liqanın XXVIII turunda səfərdə “Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyunun 51-ci dəqiqəsində zədələnərək, Murad Vəliyevlə əvəzlənməsindən sonra MRT müayinəsi keçirib.
30 yaşlı forvardın sözlərinə görə, həkimlərin diaqnozuna əsasən ayağındakı problem onu bir neçə həftə komandadan ayrı salacaq: “Nəticələr sümüyümün dərisində göyərmənin olduğunu göstərir. -Təxminən 2-3 həftə oynamayacaq”.
Xatırladaq ki, Leroyun qardaşı, “Sabah”da çıxış edən Coy-Lens Mikels də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alaraq sıradan çıxıb.
Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın XXIX turunda “Neftçi”ni qəbul edəcək. Aprelin 7-də Şamaxı şəhər stadionunda baş tutacaq görüş sabah saat 15:30-da start götürəcək.