
BAKI. 22 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda evdə Haiti yığmasına 0:3 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Frontdi Piero açıb. Yunanıstan AEK-inin futbolçusu 63-cü dəqiqədə dubla imza atıb. Oyunda son nöqtəni 83-cü dəqiqədə Denli Jan-Jak qoyub.
Bundan bir dəqiqə sonra Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq, Azərbaycan millisini azlıqda qoyub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.
Yoldaşlıq oyunu
22 mart
21:45 Azərbaycan – Haiti - 0:3
Qollar: Frontdi Piero, 9; 63. Denli Jan-Jak, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (Azərbaycan)
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
***
Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq görüşündə böyük hesabla məğlub olur.
Teleqraf xəbər verir ki, 83-cü dəqiqədə Denli Jan-Jak Haitinin üçüncü qolunu vurub. Bundan bir dəqiqə sonra isə Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev baş hakimə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub.
***
Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq görüşündə qapısından ikinci topu buraxıb.
Teleqraf xəbər verir ki, 63-cü dəqiqədə Frontdi Piero "dubl" edib - 2:0.
***
Azərbaycan və Haiti milli komandaları arasındakı yoldaşlıq görüşündə ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, ilk yarıdan sonra Haiti yığması öndədir - 1:0.
***
Azərbaycan və Haiti milli komandaları arasındakı yoldaşlıq görüşündə birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, ilk yarıdan sonra Haiti yığması öndədir - 1:0.
Yeganə qolu 9-cu dəqiqədə Frontdi Pyero vurub.
***
Azərbaycan və Haiti milli komandaları arasındakı yoldaşlıq görüşündə hesab açılıb.
Teleqraf xəbər verir ki, 9-cu dəqiqədə Haiti yığmasının hücumçusu Frontdi Pyero oyunda ilk qolu vurub.
***
Futbol üzrə Azərbaycan milli komandasının Haiti yığması ilə yoldaşlıq oyunu start götürüb.
Teleqraf xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.