
BAKI, 27 fevral. TELEQRAF
"Lion" klubu PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın Fransa çempionatının XXIII tur oyununda iştirakına görə etiraz edib.
Teleqraf L'Équipe-yə istinadən xəbər verir ki, "toxucular" bununla bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Məsələləri Komitəsinə şikayət edib.
"Lion" prezidenti Con Tekstor PSJ-nin gürcü yarımmüdafiəçinin transferini xaricdən maliyyələşmə qanununu pozaraq etdiyini və onun yeni oyunçu kimi qeydiyyatının qurumun reqlament qaydalarına zidd olduğunu bildirib.
Parislilər səfərdə keçirilən qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib, Gürcüstan millisinin üzvü isə bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanı yanvarda İtaliya "Napoli"sindən 70 milyon avroya transfer edib. O, yeni komandasının heyətində iştirak etdiyi 9 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.