BAKI, 18 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisi öncəsi ilk mətbuat konfransı bu gün baş tutub.

Teleqraf xəbər verir ki, sürücülər komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşüblər.

"Maklaren" sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayıb.

“Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır” - deyə o bildirib.

Sürücülər, həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd ediblər.