Bakı, 15 sentyabr. TELEQRAF

“İki gün ərzində Formula 1 üçün 31 min könüllü qeydiyyatdan keçib. Onlardan 16 min nəfəri müsahibəni adlayıb. Ümumilikdə isə 2 min nəfər könüllü fəaliyyət göstərəcək ki, bu da rekord göstərici hesab olunur”.

Teleqraf xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova Formula 1-ə hazırlıqdan danışarkən deyib.

“Sentyabrın 3-dən forma və akkreditasiya mərkəzimiz fəaliyyət göstərir. 140-dan çox könüllü fəaliyyətə başlayıb” - deyə qurum rəsmisi qeyd edib.

Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi 19-21 sentyabr tarixlərində baş tutacaq.