BAKI, 21 may. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün iki əlavə tribuna quraşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Teleqraf-a verilən məlumata görə, Bakı Şəhər Halqasında infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.

Ötənilki yarışı dörd gün ərzində 76 000-dən çox azarkeş canlı izləyib.

Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 – 21 sentyabrda keçiriləcək.