BAKI, 20 fevral. TELEQRAF

Formula 1 pilotu Lüis Hemilton "Ferrari" ilə dünya çempionu olacağına inanır.

Teleqraf xəbər verir ki, bu barədə britaniyalı sürücünün özü açıqlama verib.

“Karyeram ərzində Formula 1-də iki çempion komandada olmuşam, onların necə göründüyünü bilirəm. "Ferrari"nin uğur qazanması üçün hər şeyi edəcək inanılmaz dərəcədə istəkli kollektivi var. Komanda titul qazanması üçün lazım olan hər şeyə malikdir. Məsələ pazlın bütün hissələrini necə birləşdirməkdədir.

2025-ci ildə çempionluğa həmişəkindən daha çox iddiaçının olacağını bilirəm, amma titul qazanacağıma ümid edirəm. "Ferrari"də tarixi, komanda irsini və qalibiyyət DNT-sini görürəm. Burada qalibiyyət mentaliteti və sehr var.

Əla tərəfdaşım və özümə inamım var. Amma əlbəttə, Formula 1-də rəqabət inanılmazdır. Namizədlər arasında "Maklaren", "Red Bull" və "Mersedes" var”, - deyə Hemilton bildirib.

Qeyd edək ki, Lüis Hemilton ötən mövsümün sonunda "Mersedes"dən ayrılaraq "Ferrari"yə keçib. O, Formula 1 üzrə yeddiqat dünya çempionudur.