![](https://teleqraf.az/storage/2025/02/11/715x378/prezident-fia-vystupil-protiv-kvot-na-polovoe-i-rasovoe-mnogoobrazie_17392028131948991326.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem təşkilat rəsmiləri arasında irqi və gender müxtəlifliyi üçün xüsusi kvotaların tətbiqinə ehtiyac olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bin Sulayem bunu "Marca" nəşrinə açıqlamasında deyib.
“İnsanları federasiyada işləməyə dəvət edəndə müxtəlifliyə görə seçim etmirik. Onları işə götürəndə qadınların qurumun ən azı 30%-ni təşkil etməsi barədə düşünmürük. Biz insanları federasiyaya ləyaqət və səlahiyyətlərinə görə qəbul edirik.
Qeyri-avropalıları işə götürürük, çünki onlar yaxşıdırlar, təlim keçiblər, rəqabətə həvəslidirlər. Dəri rənginə və ya dininə görə yox, çünki zəif FIA-ya sahib olmaq istəmirik. Bizə güclü federasiya lazımdır", - deyə, bin Sulayem vurğulayıb.
Qeyd edək ki, Məhəmməd bin Sulayem 2021-ci ilin dekabrından FIA-nın prezidentidir.