Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, "Prema Racing"dən Dennis Hauger 29 dövrənin yekununda bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Yarışı "Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.